Kabildə ən böyük məscidlərdən birində partlayış baş verdi
Əfqanıstanın paytaxtı Kabildəki məscidlərdən birində partlayış törədən şəxs saxlanılıb.
Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kabil polisi məlumat yayıb.
Bildirilib ki, həmin şəxs hazırda dindirilir.
İlkin məlumata görə, partlayış nəticəsində 6 nəfər yaralanıb.












