Rusiyada inflyasiya son 7 ilin rekordunu qırdı

 22:26 06.04.2022     634

Rusiyada illik inflyasiya 16,7 faiz artaraq, 2015-ci ilin martından bəri ən yüksək həddə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federal Statistika İnstitutu (Rosstat) məlumat yayıb.

Bildirilib ki, Qərb ölkələrinin sanksiyaları səbəbindən 26 mart - 1 aprel tarixlərini əhatə edən həftə ərzində ölkədə məhsulların qiymətlərində ciddi artımlar olub.

Ekspertlər sanksiyalar səbəbindən ölkədə inflyasiyanın ilin sonuna kimi 20 faizə  qədər yüksələcəyini proqnozlaşdırırlar.

Vumart və Güvən reklamı Vumart Güvən