ABŞ Rusiyaya görə G20 sammitindən imtina edir
ABŞ G20 ("Böyük iyirmilik") ölkələrinin İndoneziyada keçiriləcək sammitində Rusiyanın da iştirak edəcəyi təqdirdə bu tədbirdə iştirakdan imtina edəcək.
Redaktor.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın maliyyə naziri Canet Yellen Nümayəndələr Palatasında keçirilən dinləmələr zamanı çıxış edib.
“Prezident Bayden açıq şəkildə bildirdi və mən onunla razıyam ki, Rusiya heç bir maliyyə qurumunda təmsil oluna apara bilməz. O, Rusiyanın G20-dən xaric edilməsini istədi və mən İndoneziyadakı həmkarlarıma aydınlaşdırdım ki, əgər rusiyalılar orada olarsa, biz bir sıra görüşlərdə iştirak etməyəcəyik”, - C. Yellen bildirib.
O, əlavə edib ki, ABŞ Rusiyanı sammitin iştirakçısı kimi görmək istəmir.












