“Zelenskini öldürmək istəmirik” - Peskov

 23:49 06.04.2022     433

Kremlin sözçüsü Dmitri Peskov Rusiya hökumətinin Ukrayna Prezidenti Vladimir Zelenskini öldürmək istəməsi ilə bağlı iddiaları təkzib edib.

Redaktor.az xəbər verir ki, Peskov məsələ ilə əlaqədar suala “Xeyr, bu doğru deyil” cavabını verib.

“Rusiya Zelenskinin Moskva-Kiyev danışıqlarında irəli sürülən şərtləri qəbul etməsində maraqlıdır, hərbi əməliyyatı bu şəkildə bitirməyi hədəfləyir”, - Peskov deyib.

“Rusiya qüvvələrinin Kiyev bölgəsindən çıxarılması dialoq üçün əlverişli şərait yaratmaq baxımından xoşməramlılıq əlamətidir”,- Kremlin sözçüsü əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən