Ukrayna Rusiya və Belarusa məxsus əmlakı milliləşdirdi

 09:50 07.04.2022     395

Ukrayna Rusiya və Belarusa məxsus 468 milyon qrivna (27 milyon manat) dəyərində əmlakı milliləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın İqtisadi Təhlükəsizlik Bürosu bildirib.

Məlumata görə, ümumilikdə 450 vaqon, 7 yük nəqliyyat vasitəsi milliləşdirilib. Bundan başqa, daha 1 552 vaqonun üzərinə həbs qoyulması planlaşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən