Rusiya Ukraynanın 29 obyektini vurdu

 11:34 07.04.2022     376

Rusiya Silahlı Qüvvələrinin döyüş aviasiyası ötən gecə Ukraynanın 29 hərbi obyektini məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 29 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, Kuraxovo vilayətində hədəflərin işıqlandırılması və S-300 zenit-raket kompleksinin yönləndirilməsi üçün radar, yeddi artilleriya batareyası, raket və artilleriya silahları və sursatları anbarı, həmçinin 10 dayaq məntəqəsi və Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının cəmləşdiyi ərazilər var”, - Rusiya MN sözçüsü vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən