“Shell” şirkəti Rusiyadakı itkilərini açıqladı

 11:52 07.04.2022     496

Böyük Britaniyanın “Shell” şirkəti Rusiyada fəaliyyəti ilə əlaqədar 2022-ci ilin birinci rübündə üzləşəcəyi itki ilə bağlı proqnozunu açıqlayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin saytında dərc olunub.

Məlumata görə, vergilər və əlavə xərclər ödənildikdən sonra şirkətin sözügedən dövr ərzində itkiləri 4-5 milyard ABŞ dolları təşkil edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən