"Rusiya ilə dialoqun mənası yoxdur” - Polşa prezidenti

 13:46 07.04.2022     450

“Rusiya ilə danışıqlar müharibənin dayandırılmasına kömək etməyəcək”.

Redaktor.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda CNN telekanalına müsahibəsində deyib.

“Rusiya ilə dialoqun mənası yoxdur. Prezident Vladimir Putin qarşısında çox sərt şərtlər qoyulmalıdır. Biz Ukraynanı tam dəstəkləyəcəyik. Sanksiya rejimi davam edəcək. Boş-boşuna dialoqun davam etməsi Rusiya üçün vaxt qazanmaq deməkdir”, - deyə dövlər başçısı bildirib.

O, həmçinin “Şimal axını-2” qaz kəmərinin Rusiya ərazisində olan hissəsinin sökülməsini tələb edib. A.Dudanın fikrincə, Kremlə qarşə təzyiqlər gücləndirilməlidir.

Vumart və Güvən reklamı Vumart Güvən