Ukrayna Poltavaya uçan raketi vurdu
Sumı vilayətində Ukrayna hərbçiləri Poltavaya uçan raketi vurublar.
Redaktor.az "Ukrainskaya pravda"a istinadən xəbər verirki ,bu barədə Sumı Regional Hərbi Administrasiyasının sədri Dmitri Jivitski məlumat verib.
Bundan əlavə, o qeyd edib ki, Rusiya ordusunun geri çəkilməsindən sonra bölgədə minalardan təmizlənmə işləri aparılır:
“Xüsusilə, Romenski rayonu ərazisində mütəxəssislər RBK-500 aviabombasının elementlərini aşkar edərək məhv ediblər. Onlar hər an partlaya bilərdi.
Konotop rayonunun Sloboda kəndində isə sakinlərin bağlarında, yaşayış binalarından 300 metr aralıda partlamamış, deformasiyaya uğramış FAB-500SHR aviabombası tapılıb, o da zərərsizləşdirilib”.












