Ukraynadan Almaniyaya 300 mindən çox qaçqın gəlib
Rusiya işğalı başlayandan bəri Ukraynadan Almaniyaya 300 mindən çox qaçqın gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi tərəfindən məlumat verilib.
Nazirlik bildirib ki, Ukraynadan olan 316 453 qaçqın qeydiyyata alınıb.
Daxili İşlər Nazirliyinin sözçüsü CNN-ə bildirib ki, Polşa və Almaniya arasında sərhəd yoxlamalarının olmaması səbəbindən gələn qaçqınların faktiki sayı xeyli çox ola bilər. Sözçü əlavə edib ki, Almaniyaya gələn qaçqınların əksəriyyəti qadınlar, uşaqlar və qocalardır.












