Avropa Parlamenti Rusiya qazından və neftindən İMTİNA ETDİ
Avropa Parlamenti Rusiya nefti, qazı, kömürü və nüvə yanacağına sanksiya qoyulması ilə bağlı qətnaməni qəbul edib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, qətnamədə Avropa İttifaqı rəhbərliyindən qərarı təsdiqləməyə çağırış yer alıb.
Parlamentin 552 deputatından 413-ü qətnamənin lehinə, 93-ü əleyhinə səs verib, daha 46 deputat isə bitərəf qalıb.












