ABŞ vədinə xilaf çıxır? - Cəmi 12 ukraynalıya qaçqın statusu verildi

Ötən ay ABŞ müharibədən Amerikaya qaçan cəmi on iki ukraynalıya qaçqın statusu verib.
Redaktor.az xəbər verir ki, martın 24-də ABŞ Prezidenti Co Bayden yüz minə qədər Ukrayna vətəndaşını ölkəyə qəbul edəcəyinə söz vermişdi.
CNN telekanalının məlumatına görə, çox güman ki, bu 12 ukraynalı Ukraynada müharibə başlamazdan xeyli əvvəl müraciət edib. Beləliklə, ABŞ-da ukraynalılara qaçqın statusunun verilməsi prosesi sürətlə getmir.
Yüzlərlə ukraynalı Meksika sərhədində ABŞ-a daxil olmaq üçün növbə gözləyir. Həmçinin, hər gün 100 ukraynalı qaçqının ABŞ-a daxil olduğu bildirilir.
Ağ Ev isə ABŞ-a getmək istəyən ukraynalı qaçqınların Avropada qalacaqlarına ümid edir.