Nobel Sülh mükafatçısını qırmızıya boyadılar

 22:43 07.04.2022     465

“Novaya qazeta” nəşrinin baş redaktoru Dmitri Muratov Moskva-Samara qatarında hücuma məruz qalıb.

Redaktor.az xəbər verir ki, Muratov tanımadığı şəxsin onun üzərinə qırmızı boya tökdüyünü bildirib. 

Onun sözlərinə görə, naməlum şəxs “Muratov, al, bizim oğlanların əvəzinə” , - deyə qışqırıb və üzərinə boya atıb.

Qeyd edək ki, Dmitri Muratov eyni zamanda hüquq müdafiəçisidir və 2021-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.

Vumart və Güvən reklamı Vumart Güvən