ÜST Rusiya peyvəndinin yoxlanışını DAYANDIRDI

 08:50 08.04.2022     337

“Sputnik V” koronavirus peyvəndinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri tərəfindən yoxlanılmasına fasilə verilib. Yubanma rus ordusunun Ukraynaya müdaxiləsi ilə bağlıdır.

Bu barədə Redaktor.az Ümumdünya Səhiyyə Təşkilatının "Twitter"dəki açıqlamasına istinadən xəbər verir.

"Müharibənin başlamasına bir neçə gün qalmış təftiş qrupunun Rusiyaya gedəcəyi güman edilirdi. Amma indi hər şey dayandırılıb", - ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən