Belarus bu dövlətləri özünə dost hesab etmir - SİYAHI

 11:24 08.04.2022     365

Belarus dost olmayan ölkələrin siyahısını təsdiqləyib.

Redaktor.az “Sputnik Belarus”a istinadən xəbər verir ki, Belarus 39 dost olmayan dövlətin siyahısını müəyyənləşdirib.

“Belarusun hüquqi və fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər” edən ölkələrə aşağıdakılar daxildir:

27 Avropa İttifaqı dövləti, ABŞ, Böyük Britaniya, Kanada, Norveç, İslandiya, İsveçrə, Albaniya, Monteneqro, Şimali Makedoniya, Lixtenşteyn, Avstraliya və Yeni Zelandiya.

Qeyd edək ki, martın 7-də Rusiya özünə dost olmayan 46 dövlətin siyahısını təsdiqləyib.

 

Vumart və Güvən reklamı Vumart Güvən