“Xeyli qoşun itkisi verdik, bu, bizim üçün böyük faciədir” - Peskovdan ETİRAF

 11:58 08.04.2022     547

Rusiya Ukraynada müharibə zamanı xeyli sayda itki verib.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ötən gün “SkyNews” telekanalına müsahibəsində bildirib.

“Xeyli qoşun itkisi verdik, bu, bizim üçün böyük faciədir”, - deyə o, etiraf edib.

Qeyd edək ki, martın 25-də Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibədə 1351 hərbçinin həlak olduğunu açıqlayıb. 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının aprelin 8-nə olan məlumatına görə, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 19000-ə yaxın canlı qüvvəsi, 700 tankı, 1891 zirehli döyüş maşını, 333 artilleriya sistemi, 108 reaktiv yaylım atəş sistemi, 55 havadan müdafiə sistemi, 150 hərbi təyyarəsi, 135 helikopteri, 1361 avtomobil texnikası, 7 gəmi/kateri, 76 yanacaq çəni, 112 dronu, 4 OTRK / TRK / mobil SRBM sistemi, 25 xüsusi avadanlığı məhv edilib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən