Türkiyə, Böyük Britaniya və İtaliya müdafiə nazirləri İstanbulda görüşəcək
İstanbulda Türkiyənin milli müdafiə naziri Hulusi Akar, İtaliya müdafiə naziri Lorenzo Guerini və Böyük Britaniya müdafiə naziri Ben Uolles arasında üçtərəfli görüş keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər müdafiə və təhlükəsizlik sahəsində ölkələr arasında əlaqələr və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaq. Bundan əlavə, Ukrayna kontekstində baş verənlərin də müzakirə olunacağı gözlənilir.












