Rusiya Ukraynadakı dəmiryolu vağzalına raket atdı - 50 ölü, 98 yaralı - YENİLƏNİB
Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 50-ə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Donetsk Regional Dövlət Administrasiyasının sədri Pavel Kirilenko bildirib.
Ölənlərdən 5-i uşaqdır.
İndiyədək 98 nəfər xəstəxanalara çatdırılıb.
12:38
Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 30 nəfər çox sakin ölüb, 100-dən çox insan yaralanıb.
Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bunu “Ukrzaliznitsa” (“Ukrayna Dəmir Yolu”) ASC-nin İdarə Heyətinin rəhbəri Aleksandr Kamışin bildirib.












