Putin Jirinovski ilə vidalaşdı - VİDEO

 13:49 08.04.2022     392

Aprelin 6-sı 75 yaşında dünyasını dəyişən Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski ilə vida mərasimi keçirilir.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, mərasim Moskvada İttifaqlar Evində keçirilir.

Rusiya Prezidenti Vladimir Putin mərasimin keçirildiyi məkana gəlib.

Xatırladaq ki, Jirinovski Novodeviçye qəbiristanlığında dəfn olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən