Almaniya Rusiyadan nefti idxalını dayandıracaq
Almaniya bu il Rusiya neftinin idxalını dayandıra bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts məlumat verib.
"Biz Rusiya neftinin idxalından imtina etmək üçün fəal işləyirik və düşünürük ki, bu il ərzində buna nail olacağıq", - deyə Şolts Londonda Böyük Britaniyanın baş naziri Boris Conson ilə keçirdiyi mətbuat konfransında bildirib.
Qeyd edək ki, Rusiya Almaniyanın neft ehtiyaclarının 25%-ni tədarük edir, Ukraynaya hücumdan əvvəl bu rəqəm 35% idi. Qaz idxalı isə 55%-dən 40%-ə endirilib.












