ABŞ Rusiya və Belarusla ticarət əlaqələrini DAYANDIRDI

 09:28 09.04.2022     406

ABŞ prezidenti Co Bayden Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandırmaq, eləcə də Rusiyadan enerji daşıyıcıların idxalını qadağan edən qanun layihələrini imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Açıqlamada qeyd olunub ki, C.Bayden hər iki sənədi imzalayıb.

C.Bayden artıq mart ayında Rusiyadan enerji daşıyıcıların idxalını qadağan edən fərman imzalamışdı. Konqres tərəfindən qəbul edilən qanun layihəsi əslində bu tədbiri kodlaşdırır.

Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatası bu təşəbbüsləri dəstəkləmək üçün səs verib.

Vumart və Güvən reklamı Vumart Güvən