Britaniya Ukraynaya əks-hücum üçün zirehli texnika VERƏCƏK

 11:24 09.04.2022     512

Britaniya Ukrayna ordusuna “Mastiff” adlı ağır zirehli texnika verəcək.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles “Sky News”a müsahibəsində deyib.

Bildirilib ki, 23 tonluq zirehli texnika 8 əsgər və 2 ekipaj üçün nəzərdə tutulub. Məlumata görə, bu silah Ukrayna ordusuna əks-hücum əməliyyatları keçirməyə imkan verəcək.

Qeyd edək ki, “Mastiff” ağır zirehli texnikası Əfqanıstan münaqişəsi zamanı əldəqayırma partlayıcı qurğuları zərərsizləşdirmək məqsədilə hazırlanıb.

Vumart və Güvən reklamı Vumart Güvən