Ukraynada rusların yeni PUA-sı ilk uçuşda MƏHV EDİLDİ

 16:33 09.04.2022     557

Ukrayna hərbçiləri aprelin 7-də Rusiyanın ən yeni pilotsuz uçuş aparatı (PUA) olan “Orion”u vurublar.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən məlumat verilib.

“Orion” PUA-sı orta hündürlüklü, böyük uçuş məsafəsinə malik aparatdır. Göyərtəsindəki avadanlıq müəyyən məkanda uzun müddət vizual, radiolokasiya və rediotexniki kəşfiyyat aparmağa imkan verir.

Müxtəlif təyinatlı dörd hərbi sursatla, o cümlədən “hava-yer” tipli raketlərlə təchiz edilə bilər.

 

Mənbə: Unian

Vumart və Güvən reklamı Vumart Güvən