“Gürcüstan ərazilərini hərbi yolla qaytarmayacaq” - Salome Zurabişvili

 17:54 09.04.2022     427

“Gürcüstan ərazilərini hərbi yolla qaytarmağa çalışmır və gələcəkdə də çalışmayacaq. Bu, bizim qəti qərarımızdır”.

Redaktor.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili 9 Aprel faciəsinin 33-cü ildönümü münasibətilə keçirilən qəbulda deyib.

O, Gürcüstan cəmiyyətini yumruq kimi birləşməyə çağırıb: “Bizi yalnız daxili qarşıdurmalar zəiflədir, bu isə istər daxili, istərsə də xaricdən düşmənlərə yol açır. Bir yumruq kimi birləşmiş cəmiyyət parçalana bilməz. Bu, bizim əhaliyə, Abxaziya və Tsxinval regionlarında yaşayan vətəndaşlarımıza da aiddir. Biz ortaq gələcək naminə onlarla nəhayət ümumi dil tapmalıyıq”.

Vumart və Güvən reklamı Vumart Güvən