Ukrayna qalib gələcək - Jozep Borrel

 18:18 09.04.2022     601

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel təmsil etdiyi qurumun Ukraynadakı müharibə ilə bağlı görəcəyi işləri açıqlayıb.

Redaktor.az xəbər verir ki, Aİ rəsmisi bu barədə tviter səhifəsində yazıb:

“Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə onun dözümlülüyünü və qətiyyətini xüsusi vurğuladım. Bu müharibə döyüş meydanında bitəcək və Ukrayna qalib gələcək. Bunun üçün Ukraynaya əlavə 500 milyon avro yardım ayrılır. Silahların tədürükü Ukraynanın ehtiyaclarına uyğunlaşdırılacaq. Rusiyaya təzyiqləri artırmağa davam edəcəyik. Biz artıq böyük sanksiyalar tətbiq etmişik. Lakin neft də daxil olmaqla enerji sektorunda daha çox iş görülməlidir”.

Borrelin sözlərinə görə, Avropa İttifaqının Xarici Əlaqələr Şurası növbəti addımları müzakirə etmək üçün bazar ertəsi toplanacaq.

Vumart və Güvən reklamı Vumart Güvən