Kanada Ukraynaya 100 milyon dollar ayırdı
Kanada hakimiyyəti Ukraynaya humanitar yardım göstərmək üçün daha 100 milyon dollar göndərəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo məlumat verib.
O bildirib ki, bununla da Kanadanın Ukraynaya ayırdığı yardımın miqdarı 245 milyon dollara çatıb.
Polşadakı Avropa Komissiyasının məlumatına görə, Ukrayna hadisələri ilə bağlı təxminən 12 milyon insanın köməyə ehtiyacı var. Ukraynada, ölkə daxilində, təxminən 6,5 milyon insan evini tərk etmək məcburiyyətində qalıb.












