"Putin imperiya təfəkkürünə malikdir" - Almaniya kansleri

 20:07 09.04.2022     618

“Rusiya Prezidenti Vladimir Putin 19-cu, 18-ci, 17-ci və digər əsrlərdən bizə məlum olan imperiya təfəkkürünə malikdir”.

Redaktor.az xəbər verir ki, "DW" nəşrinin məlumatına görə, bu barədə Almaniyanın Federal Kansleri Olaf Şolts deyib.

O, yenidən Putini atəşi dərhal dayandırmağa və qoşunları Ukraynadan çıxarmağa çağırıb.

“Sən öz ölkənin gələcəyini məhv edirsən”, - deyə o, bildirib.

Kansler Qərbin sanksiyalarının artıq Rusiyanın iqtisadi inkişafına güclü təsir göstərdiyini təkrarlayıb və Kremli Berlinin Ukraynanı müdafiə silahları ilə təmin etməyə davam edəcəyinə əmin edib.

Vumart və Güvən reklamı Vumart Güvən