Çin sürətlə "nüvələşir"...

 20:31 09.04.2022     354

Çin nüvə silahının hazırlanması tempini sürətləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Pekin ABŞ-ın yaratdığı təhlükəni yenidən qiymətləndirib.

Bəzi mənbələr bildiriblər ki, Pekin ABŞ-ın Ukrayna ilə bağlı mövqeyinə görə nüvə fəaliyyətinə daha çox önəm vermək qərarına gələ bilər.

"Çin liderləri daha güclü nüvə arsenalını ABŞ-ın Tayvanla bağlı potensial münaqişəyə birbaşa qarışmamasının yolu kimi görür", - deyə qəzet bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən