"Ukraynaya hərbi yardım paketi hazırlayırıq" - Conson Zelenski ilə görüşündən YAZDI
"Bu gün mən Ukrayna xalqına sarsılmaz dəstəyimizin nümayişi olaraq Kiyevdə dostum Prezident Zelenski ilə görüşdüm".
Redaktor.az xəbər verir ki, bunu özünün feysbuk səhifəsində Böyük Britaniyanın Baş naziri Boris Conson yazlb.
"Biz yeni maliyyə və hərbi yardım paketi hazırlayırıq ki, bu da onun ölkəsinin Rusiyanın barbar kampaniyasına qarşı mübarizəsinə sadiqliyimizin sübutudur", - deyə baş nazir bildirib.
Qeyd edək ki, Boris Conson bu gün gözlənilmədən Kiyevə gələrək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
T.İSMAYIL












