"Qərbin demokratik dövlətləri Britaniyadan nümunə götürməlidir" - Zelenski

 21:52 09.04.2022     793

"Bu, səmərəli görüşdən daha artıq idi. Biz əminik ki, biz Rusiyaya daha çox təzyiq göstərməli, onu sülh bağlamağa məcbur etməliyik".

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Böyük Britaniyanın Baş naziri Boris Consonla birgə keçirdiyi brifinqdə bildirib.

"Effektiv sanksiyalara, Ukraynanın müdafiə qabiliyyətini gücləndirdiyinizə görə sizə təşəkkür edirik. Qərbin demokratik dövlətləri Böyük Britaniyadan nümunə götürməlidir. Ümid edirik ki, London dövlətimizin təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayacaqdır", - deyən Zelenski ölkəsinə verilən hərtərəfli dəstəyə görə Britaniya liderinə təşəkkürünü bildirib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən