“Rusiyaya qarşı sanksiyalar hər həftə artırılacaq” - Boris Conson

 22:24 09.04.2022     390

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı sanksiyaların hər həftə artacağını bildirib.

Redaktor.az-ın məlumatına görə, bu barədə “RBC-Ukraina” Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenskinin birgə brifinqinə istinadən xəbər verir.

Britaniya hökumətinin başçısı əlavə edib ki, rusiyalı oliqarxların aktivlərinin dondurulması məhdudlaşdırılmayacaq.

"Rusiyaya təzyiqi artıracağıq. Rusiya Federasiyasına qarşı sanksiyaları hər həftə gücləndirəcəyik", - Conson bildirib.

O əlavə edib ki, Böyük Britaniya özünü aktivlərin dondurulması və ya Rusiya oliqarxlarına qarşı sanksiyalarla məhdudlaşdırmayacaq. Consonun sözlərinə görə, London Rusiyanın öz enerji resurslarından istifadə imkanlarına təsir edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən