İsraildə atışma - Yaralılar var
Cümə günü İsrailin Rahat şəhərində naməlum şəxs kafeyə daxil olaraq hamıya atəş açıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri yazıb.
Məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
Polis hadisə ilə bağlı dörd nəfəri saxlayıb.
Xatırladaq ki, bu artıq son həftədə ölkədəki beşinci terror hadisəsidir.












