Boris Conson Zelenski ilə Kiyev küçələrini gəzdi - VİDEO

 23:02 09.04.2022     1632

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu gün Kiyev küçələrini gəzib.

Redaktor.az xəbər verir ki, Ukrayna lideri bu barədə özünün feysbuk səhifəsində paylaşım edib.

"Biz Boris Consonla növbəti görüşümüzün dinc Ukrayna səması altında baş tutması üçün hər şeyi edirik"- deyən Zelenski daha sonrakı paylaşımda qeyd edib ki, Kiyev hələ də az məskunlaşıb və tez-tez hava siqnalları verilir.

“Təəssüflər olsun ki, qəhrəmanlarımız hər gün cəbhədə rus işğalçılarına qarşı mübarizədə həlak olmaqda davam edir, lakin Böyük Britaniya kimi sadiq dostlarımızın köməyi ilə biz hər gün qələbəyə daha da yaxınlaşırıq. Ukraynaya səfərinə və onu dəstəklədiyinə görə Boris Consona təşəkkür edirəm. Biz qalib gələcəyik, başqa yolumuz yoxdur!”, - deyə Ukrayna lideri yazıb.

T.İSMAYIL

222222222
Vumart və Güvən reklamı Vumart Güvən