Mariupolda cəsəd dolu anbar aşkarlandı

 10:11 10.04.2022     412

Rusiyalı hərbçilərin Ukraynada öldürdüyü insanların gizlədildiyi yer aşkarlanıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Mariupol meriyası məlumat yayıb.

"Sadkov rayonunda yeraltı keçiddir. Burada işğalçılar öldürülmüş mariupolluların meyitlərini yığıblar. Xüsusi təmizləmə qrupları hər gün yüzlərlə meyiti daşıyır və belə anbarlar şəhərin hər yerində var. Bu anbarlardan ən böyüyü Köhnə Krım qəsəbəsinə gedən yoldadır”, - deyə məlumatda qeyd olunub.

2
Vumart və Güvən reklamı Vumart Güvən