İranda tibb işçiləri etiraza qalxdılar - VİDEO
İranın Sənəndənc şəhərində tibb işçiləri valilik binası önündə etiraz aksiyası təşkil ediblər.
Redaktor.az "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, onlar gecikdirilmiş əməkhaqlarının ödənilməməsi, iş təhlükəsizliyinin olmaması, davamiyyətlə bağlı qeyri-müəyyənlik və digər bu kimi hallara görə etiraz ediblər.












