Azərbaycan-Türkiyə Qardaşlıq Abidəsi ucaldıldı

 14:25 10.04.2022     489

Türkiyədə Nevşehir Bələdiyyəsi tərəfindən Şəfa Köprülü Qovşağında Türkiyə-Azərbaycan Qardaşlıq Abidəsi ucaldılıb.

Redaktor.az xəbər verir ki, qovşaqdakı abidə 11 kvadrat metr ərazini əhatə edir və 6 metr hündürlüyə malikdir.

Abidə Türkiyə və Azərbaycan xalqlarının uzun illərdir davam edən qardaşlıq və dostluğunun simvolizə edilib, bir tərəfində ay-ulduzlu Türkiyə bayrağı, digər tərəfində isə Azərbaycan bayrağı daş üstündə işlənilib.

Vumart və Güvən reklamı Vumart Güvən