Rusiya "Taliban"ı rəsmən TANIDI
"Taliban" rejiminin Moskvaya səfir təyin etdiyi Camal Qarval Rusiya XİN tərəfindən akkreditasiyadan keçirilib və o öz işinə başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Əfqanıstan mediası məlumat yayıb.
Həmçinin, Talibanın tələbi üzərinə səfirlikdəki keçmiş Əfqanıstan bayrağı yerinə İslam Əmirliyinin "tövhid" bayrağı asılıb.
Qeyd edək ki, Rusiya prezidenti Putinin 2003-cü ildə imzaladığı qərara əsasən, Rusiya Talibanı terror təşkilatı kimi tanıyır və hələ də tanımaqda davam edir.












