Moskvadan İrəvana uçan təyyarə geri qayıtdı

 15:03 10.04.2022     446

Moskva-İrəvan marşrutu ilə uçan təyyarə Jukovski hava limanına qayıdıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Xidmətindəki mənbə bildirib.

"Moskva-İrəvan reysi ilə uçan təyyarə əyləc sisteminin sensorunun nasazlığı səbəbindən Jukovski hava limanına qayıdıb", - deyə mənbə qeyd edib. 

Diqqət çatdırılıb ki, təyyarə normal rejimdə eniş edib.

Vumart və Güvən reklamı Vumart Güvən