Tramp Senatın türk namizədini dəstəkləyəcək

 17:34 10.04.2022     589

ABŞ-ın sabiq prezidenti Donald Tramp senat üzvlüyünə namizəd olan dünyaşöhrətli türk ürək cərrahı professor Mehmet Özün namizədliyini dəstəkləyəcəyini açıqlayıb.

Redaktor.az "TRT"yə istinadla xəbər verir ki, verdiyi yazılı məlumatda Birləşmiş Ştatların eks-prezidenti Donald Tramp bildirib ki, Pensilvaniya ştatının parlaq və tanınmış həkim Mehmet Özü ABŞ senatına seçərək Amerikanı qorumaq üçün çox yaxşı fürsəti var:

"Onun ilkin seçkilərdən uğurla çıxacağına inanıram. Mehmet Özün ABŞ-a ağlasığmaz zərər vurmaq istəyən radikal solçu "Demokratlar"a qarşı parlament seçkilərində qalib gəlmək şansı yüksəkdir”.

Qeyd edək ki, Mehmet Öz 2021-ci ilin 30 noyabrında ABŞ-ın Pensilvaniya ştatından Respublikaçılar Partiyasının senata namizədliyi uğrunda mübarizə aparacağını söyləyib.

Vumart və Güvən reklamı Vumart Güvən