Makron yenə Le Penlə ikinci tura qaldı - YENİLƏNİB
Fransada keçirilən prezident seçkilərində “exit-poll”un nəticələri məlum olub.
Redaktor.az xəbər verir ki, seçicilərin 28,1%-i hazırki prezident Emmanuel Makrona səs verib.
nun əsas rəqibi Marin Le Pen 23,3% səs toplayıb.
Beləliklə, hər 2 namizəd ikinci turda mübarizə aparmalı olacaqlar.
Digər namizəd, Jan-Lük Melanşona seçicilərin 20,1%-i etimad göstərib.
Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.
***
Fransada bu gün keçirilən prezident seçkilərindən sonra ilk exit-poll nəticələri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb.
Nəticələrinə əsasən, Makron və Le Pen hərəyə 24% səs qazanıb. Nəticələr aşağıdakı kimidir:
Emmanuel Makron, hazırkı prezident - 24%
Marin Le Pen - 24%
Jean-Luc Melanşon - 19%
Yerli vaxtla saat 17:00-ın məlumatına görə, seçkilərdə iştirak 65% təşkil edib.












