Ruslar məşhur ukraynalı yazıçını girov GÖTÜRDÜLƏR

 21:14 10.04.2022     494

Ukraynanın Xarkov vilayətindəki İzyum şəhərində rusiyalı hərbçilər tanınmış ukraynalı yazıçı Vladimir Vakulenkonu əsir alaraq naməlum istiqamətə aparıblar.

Redaktor.az Ukrayna mediasına istinadən bildirir ki, yazıçı ilə birlikdə oğlu Vitali də yoxa çıxıb.

V.Vakulenkonun xanımı İrina Novitskayanın dediyinə görə, əri siyasi baxışlarına görə aparılıb.

Bundan başqa, V.Vakulenko Ukraynanın şərqində separatçılara qarşı döyüşlərdə iştirak edib.

Vumart və Güvən reklamı Vumart Güvən