“Ukrayna Ordusunu qələbəyə aparan adam” - Ruslar niyə Zalujniyə nifrət edir?
Bütün Rusiyanın nifrət etdiyi Valeriy Zalujnıyı Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vəzifəsinə Volodimir Zelenski keçən ilin iyulunda təyin edib.
Redaktor.az xəbər verir ki, Valeriy Zalujnıy Ukraynanın Rusiyada hərbi təhsil almamış ilk Baş Komandanıdır.
O, Odessa piyada və Kiyev zenit-raket hərbi məktəblərinin müdavimidir.
Ukrayna Silahlı Qüvvələrinin 48 yaşlı Baş komandanı 48 gündə rus ordusu haqqında dolaşan "məğlubedilməz" mifini darmadağın edən bir sərkədə kimi ölkə tarixinə düşdü.
Onun Ukrayna televiziyasına müsahibəsində “Ən böyük arzum 9 mayda Qızıl Meydandakı paradda tank sürmək, tankın üstündə sarı-mavi bayrağımızı dalğalandırmaq istəyirəm” deməsi rusları çox qıcıqlandırıb.
ABŞ-ın The Politico dərgisi onu belə adlandırmışdı – “Ukrayna Ordusunu qələbəyə aparan adam”.












