Rusiyanın Ukraynadakı itkiləri artdı - 19500 hərbçi, 1923 zirehli maşın...
Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Redaktor.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 19 500-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.
Bundan başqa, hücum edən tərəfin 725 ədəd tankı, 1 923 ədəd zirehli döyüş maşını, 347 ədəd artilleriya sistemi, 111 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 55 hava hücumundan müdafiə sistemi, 154 ədəd hərbi təyyarəsi, 137 ədəd helikopteri, 1 387 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 119 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.












