“I Pyotr indi Ukraynada olanları görsəydi, məzarında çevrilərdi” - Narişkin

 12:48 11.04.2022     966

Rusiya İmperatoru I Pyotr Ukraynanın son üç onillikdə nə vəziyyətə düşdüyünü görsəydi, indi məzarında çevrilərdi.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru, Rusiya Tarix Cəmiyyətinin sədri Sergey Narışkin Moskvada “I Pyotr və onun dövrü” tarixi-sənədli sərgisinin açılışında deyib.

"Ən möhtəşəm hərbi qələbələrdən birini I Pyotr Poltava döyüşündə qazandı. Düşünürəm ki, o, şanlı kazakların nəslinin son üç onillikdə bu torpaqları nə hala gətirdiyini görsəydi, məzarında çevrilərdi",- deyə o, bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən