Kiyev yaxınlığında daha bir kütləvi məzarlıq tapıldı - VİDEO

 13:45 11.04.2022     418

Ukraynanın Kiyev vilayətinin işğaldan azad edilmiş ərazilərində Rusiya hərbçilərinin mülki əhaliyə qarşı qəddarlıqlarına dair sübutlar tapılmaqda davam edir. Belə ki, Buzovaya kəndində daha bir kütləvi məzarlıq tapılıb.

Redaktor.az "Nastoyaşeye Vremya"ya istinadla xəbər verir ki, bundan başqa sakinlər yollarda öldürülən onlarla dinc sakin barədə danışıblar.

“Berezovkadan Dmitrovkaya gedən bütün yol boyu 50-dən çox insan həlak olub. Onlar güllələniblər”, - deyə sakinlərdən biri bildirib (oxu.az).

Vumart və Güvən reklamı Vumart Güvən