Putinlə Lukaşenko Uzaq Şərqdə görüşəcək

 14:07 11.04.2022     417

Rusiya Prezidenti Vladimir Putinlə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko Uzaq Şərqdə görüşəcək.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnaslitlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, prezidentlər Ukrayna ətrafındakı vəziyyəti və ikitərəfli əlaqələrə dair məsələləri müzakirə edəcəklər:

“Görüşün sonunda hər hansı sənədin imzalanması planlaşdırılmır”.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu gün Rusiyaya səfəri gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən