Avropa İttifaqı Rusiyanın 20 aviaşirkətini "qara siyahıya" saldı

 14:43 11.04.2022     437

Avropa İttifaqı Rusiyanın 20 aviasiya şirkətini hava təhlükəsizliyi üzrə "qara siyahı"ya daxil edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Bildirilib ki, 2021-ci il noyabrın 27-də “Skol” aviaşirkəti beynəlxalq standartlara uyğun gəlmədiyi üçün Avropa İttifaqının “qara siyahısına” düşən Rusiyanın ilk belə müəssisəsi olub.

Məlumata görə, əksəriyyəti Afrika ölkələrindən olmaqla daha 97 aviasiya şirkət bu siyahıya düşüb.

Vumart və Güvən reklamı Vumart Güvən