Ukraynaya gündə 8-10 dəfə silah göndərilir - Pentaqon

 20:35 11.04.2022     500

ABŞ Ukraynaya gün ərzində 8-10 reys hava yolu ilə silah göndərir. Bu silahlar daha sonra hərbi karvan vasitəsi ilə Ukraynaya daşınır.

Redaktor.az "RİA- Novosti"yə istinadən xəbər verir ki, bunu Pentaqonun yüksək rütbəli şəxsi deyib.
Onun sözlərinə görə, bunun üçün ABŞ müttəfiqləri ilə birlikdə mürəkkəb və səmərəli təchizat mexanizmi yaradıb.

Söhbət gün ərzində Ukraynaya 8-10 reysdən gedir. Təchizat yerüstü hərbi konvoylar vasitəsi ilə daşınır”, - deyə Pentaqonun rəsmisi bildirib.

ABŞ Müdafiə Nazirliyi bir sıra ölkələrin Ukrayna qüvvələrinə kömək üçün T-72 tanklarının göndərildiyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən