"Ukraynaya səfər etməyə hazıram, amma..." - Makron

 23:06 11.04.2022     485

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya sadəcə səfər üçün deyil, sülhün bərqərar olması məsələsində konkret nəticə əldə etmək üçün gəlməyə çalışır.

Redaktor.az xəbər verir ki, bu barədə o, "BFMTV"yə müsahibəsində deyib.

"Mən Kiyevə və ya Ukraynanın hər hansı digər şəhərinə getməyə hazıram, lakin ora sadəcə səfirliyi ziyarət etmək üçün getmək istəmirəm. İstərdim ki, səfər bu prosesdə nəticələrə gətirib çıxarsın, Ukrayna və Rusiya prezidentləri arasında dialoqun qurulmasına kömək etsin”, - Makron bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən