Rusiya diplomatları casusluq etdikləri üçün Fransadan QOVULDULAR

 23:15 11.04.2022     585

Rusiyanın Parisdəki müvəqqəti işlər vəkili bazar ertəsi axşam saatlarında Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona altı rusiyalı diplomatın “persona non-qrata” elan edildiyi bildirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Olduqca uzun sürən araşdırma nəticəsində Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) aprelin 10-da, bazar günü Rusiya kəşfiyyat xidmətlərinin ərazimizdə həyata keçirdiyi gizli əməliyyatı aşkar edib”, - Fransa Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş kommünikedə deyilir.

"Fəaliyyətləri milli maraqlarımıza zidd olan, diplomatik pərdə altında fəaliyyət göstərən Rusiyanın altı agenti “persona non qrata” elan edilib", - Fransa Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən